reklam
Slovakiya Bakıda çətinliklə üzləşə bilər
Sportfm.az xəbər saytı

Slovakiya Bakıda çətinliklə üzləşə bilər


UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Azərbaycanla qarşılaşacaq Slovakiya millisi ciddi itki ilə üzləşib.

Sportfm.az xəbər verir ki, Slovakiya yığmasının aparıcı futbolçularından olan Milan Şkrinyar evdə Qazaxıstana uduzduqları (0:1) görüşdə zədələnib. 

İtaliyanın “İnter” klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Onun zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Qeyd edək ki, İyunun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

Oxşar xəbərlər

De Byazi jurnalistlər önünə nə vaxt çıxacaq?
Azərbaycanla oyun üçün heyətlər açıqlandı - Millətlər Liqası
"Qalatasaray"da ciddi itki - Müdafiəçilər sıradan çıxdı
Slovakiya yığmasının kapitanı Çin klubunda
"Mançester Siti"nin aparıcı futbolçusu zədələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər