reklam
Gürcülər seyrə balonlarla çıxır, biz hələ qol nədi bilməyiriz...
Sportfm.az xəbər saytı

Gürcülər seyrə balonlarla çıxır, biz hələ qol nədi bilməyiriz...


UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

Sportfm.az xəbər verir ki, turun ilk oyun günündə A,B,C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılıb.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Kriştianu Ronaldu vurub.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiyaya məğlubiyyətdən hər hissənin sonlarında vurduğu qollarla qurtulub. 

B Liqasının 4-cü qrupunda Serbiya evdə Sloveniyanı darmadağın edib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub. 

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.  

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb. 

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib. 

UEFA Millətlər Liqası

II tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İsveçrə - 4:0

Qollar: Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68

22:45. Çexiya - İspaniya - 2:2

Qollar: Yakub Peşek, 5. Yan Kuxta, 66 - Qavi, 45+3. İnyiqo Martines, 90

Xal durumu: Portuqaliya - 4, Çexiya - 4, İspaniya - 2, İsveçrə - 0.

B Liqası

4-cü qrup

22:45. Serbiya - Sloveniya - 4:1

Qollar: Aleksandar Mitroviç, 24. Sergey Milinkoviç-Saviç, 56. Luka Yoviç, 85. Nemanya Radonyiç, 90+2 - Petar Stoyanoviç, 30

22:45. İsveç - Norveç - 1:2

Qollar: Antoni Elanqa, 90+2 - Erlinq Holann, 20 (pen.); 69 

Xal durumu: Norveç - 6, Serbiya - 3, İsveç - 3, Sloveniya - 0.

C Liqası

2-ci qrup

20:00. Kipr - Şimali İrlandiya - 0:0 

22:45. Kosovo - Yunanıstan - 0:1

Qol: Tasos Bakasetas, 36 

Xal durumu: Yunanıstan - 6, Kosovo - 3, Şimali İrlandiya - 1, Kipr - 1

4-cü qrup

20:00. Cəbəllütariq - Şimali Makedoniya - 0:2

Qollar: Enis Bardi, 21. Boban Nikolov, 84

22:45. Bolqarıstan - Gürcüstan - 2:5

Qollar: Atanas İliev, 50. İliyan Stefanov, 83 - Zuriko Davitaşvili, 4. Andrea Xristov, 31 (öz qapısına). Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 58 (pen.). Valeri Qazaişvili, 70

Xal durumu: Gürcüstan - 6, Şimali Makedoniya - 4, Bolqarıstan - 1, Cəbəllütariq - 0

D Liqası

2-ci qrup

17:00. San-Marino - Malta - 0:2

Qollar: Yan Busuttil, 58. Mettyu Giyomyo, 75 

Xal durumu: Malta - 3 (1 oyuna), Estoniya - 3 (1), San-Marino - 0 (2).

 

Oxşar xəbərlər

İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
Almaniya İngiltərə ilə üz-üzə – Millətlər Liqası
İngiltərə və Xorvatiya uduzdu, Türkiyə bərabərə qaldı
Türkiyə Rusiyaya, Fransa Portuqaliyaya qarşı - UEFA Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər