

Almaniya İngiltərə ilə üz-üzə –Millətlər Liqası
UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tur start götürüb.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 oyun keçirilib.
Günün ən maraqlı oyunlarından biri Portuqaliyada yerli komanda ilə İsveçrə yığması arasında keçirilib. Kristiano Ronaldonun dubla imza atdığı matçda komandası darmadağına sevinib. İspaniya millisi isə Çexiyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib və ispanlar yenə xal itkisi ilə üzləşiblər.
Azərbaycan millisi 2-ci tur çərçivəsində növbəti oyununu dünən keçirib. Yığma komanda Serbiyada Belarus millisi ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bitib.
Dünən keçirilən oyunlardan Xorvatiya – Fransa qarşılaşması maraqla gözlənilirdi. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Bu gün baş tutacaq oyunlardan Almaniya – İngiltərə qarşılaşmasını xüsusi qeyd etmək olar.
Türkiyə millisi bu turda Litvanın qonağı olacaq.
UEFA Millətlər Liqası, 2-ci tur
5 iyun
D Liqası, 2-ci qrup
San Marino – Malta 0:2
Qol: Busuttil, 59. Gilyomye, 75.
Xal: Estoniya – 3, Malta – 3, San-Marino – 0
C Liqası, 2-ci qrup
Kipr – Şimali İrlandiya 0:0
Kosovo – Yunanıstan 0:1
Qol: Bakasetas, 36.
Xal: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1
C Liqası, 4-cü qrup
Cəbəllütariq – Şimali Makedoniya 0:2
Qol: Bardi, 21. Babunski, 84.
Bolqarıstan – Gürcüstan 2:5
Qol: İliyev, 50. Stefanov, 83 – Davitaşvili, 4. Hristov, 31-öz qapısına. Zivzivadze, 52. Kvaratsxeliya, 58. Vako, 70.
Xal: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0
A Liqası, 2-ci qrup
Çexiya – İspaniya 2:2
Qol: Pesek, 4. Kuxta, 66 – Qavi, 45+3. Martines, 90.
Portuqaliya – İsveçrə 4:0
Qol: Karvalyo, 15. Ronaldo, 35; 39. Kanselo, 68.
Xal: Çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0
B Liqası, 4-cü qrup
İsveç – Norveç 1:2
Qol: Elanqa, 90+2 – Haland, 20; 69.
Serbiya – Sloveniya 4:1
Qol: Mitroviç, 24. Milinkoviç-Saviç, 56. Yoviç, 85. Radonyiç, 90+2 – Stoyanoviç, 30.
Xal: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.
6 iyun
D Liqası, 1-ci qrup
Latviya – Lixtenşteyn 1:0
Qol: Zyuzin, 73.
Andorra – Moldova 0:0
Xal: Latviya – 6, Moldova – 4, Andorra – 1, Lixtenşteyn – 0
A Liqası, 1-ci qrup
Xorvatiya – Fransa 1:1
Qol: Kramariç, 83-pen – Rabyo, 52.
Avstriya – Danimarka 1:2
Qol: Şlager, 67 – Hoybyerq, 28. Larsen, 84.
Xal: Danimarka – 6, Avstriya – 3, Fransa – 1, Xorvatiya – 1
B Liqası, 2-ci qrup
İslandiya – Albaniya 1:1
Qol: Torsteynsson, 49 – Seferi, 30.
Xal: İslandiya – 2, İsrail – 1, Albaniya – 1, Rusiya – (yarışdan kənarlaşdırılıb)
C Liqası, 3-cü qrup
Slovakiya – Qazaxıstan 0:1
Qol: Darabayev, 26.
Belarus – Azərbaycan 0:0
Xal: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1
7 iyun
B Liqası, 3-cü qrup
20:00 Finlandiya – Monteneqro
22:45 Bosniya – Rumıniya
Xal: Monteneqro – 3, Bosniya – 1, Finlandiya – 1, Rumıniya – 0
A Liqası, 3-cü qrup
22:45 Almaniya – İngiltərə
22:45 İtaliya – Macarıstan
Xal: Macarıstan – 3, Almaniya – 1, İtaliya – 1, İngiltərə – 0
C Liqası, 1-ci qrup
22:45 Litva – Türkiyə
22:45 Farer adaları – Lüksemburq
Xal: Türkiyə – 3, Lüksemburq – 3, Litva – 0, Farer adaları – 0
8 iyun
A Liqası, 4-cü qrup
22:45 Belçika – Polşa
22:45 Uels – Niderland
Xal: Niderland – 3, Polşa – 3, Uels – 0, Belçika – 0
B Liqası, 1-ci qrup
22:45 İrlandiya – Ukrayna
22:45 Şotlandiya – Ermənistan
Xal: Ermənistan – 3, Ukrayna – 0, Şotlandiya – 0, İrlandiya – 0
Oxşar xəbərlər
Türkiyə yığması Lüksemburqa qarşı - Millətlər Liqası
Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
Portuqaliya Çexiya ilə üzbəüz - 3-cü tur həyəcanı
İspaniya, İngiltərə və Fransadan qələbə - DÇ-2022
DÇ - 2018 seçmə qrup mərhələsində növbəti oyunlar başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin