Azərbaycanlı idmançı Avropa çempionu oldu -FOTO
Bolqarıstanın Albena Kranevo şəhərində 12-ci Avropa Şotokan Çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilmiş yarışda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. Turnirdə 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib. Azərbaycanı təmsil edən idmançı Məcid Əmirov çempionatda 75 kq çəki üzrə “WKF kumite” üslubunda 1-ci yeri qazanıb.
M.Əmirov bu qalbiyyətində böyük əməyi olan Mərkəzi Karate Məktəbinin baş məşqçiləri Qurban Tağıyev, Anar Allahverdiyev, o cümlədən yarış ərəfəsində dəstəyini əsirgəməyən veteran parataekvandoçu, karateçi Cahangir Bayramova təşəkkür edib.
Qeyd edək ki, M.Əmirov dəfələrlə respublika çempionu, beynəlxalq turnilərin qalibi, dünya kuboku mükafatçısı olub.
Oxşar xəbərlər
19 idmançımız İtaliyada çıxış edəcək
Qaziantepdən 6 medalla
Avropa çempionatında 4 qızıl və 1 bürünc medal
Azərbaycanın iki karateçisi Avropa çempionu oldu
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sabah” “Trabzonspor”u uddu - Çempionlar Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
XI turun oyun cədvəli - II Liqa
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazandı















Misli Premyer Liqası