Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın ən azyaşlı Avropa çempionu hazırda nə ilə məşğuldur? - VİDEO
Vaxtilə ölkəmizə idman sahəsində böyük uğur qazandıran çoxlu sayda idmançı var. Onların içərisində Avropa çempionatında qızıl medal qazanan ən azyaşlı idmançı Dilarə Sultanova isə bu uğuru 13 yaşında əldə edib. 2009-cu ildə Portuqaliyanın Vila do Konde şəhərində başa çatmış akrobatika gimnastikası üzrə Avropa çempionatında Ayla Əhmədova – Dilarə Sultanova qadın cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Onlar temp çalışmaları üzrə finalda bir çox güclü dueti qabaqlayaraq Avropa çempionları olublar. Azərbaycan akrobatikası üçün bu hələki ən böyük uğurdur. Cütlüyün məşqçisi İradə Qurbanova bu uğurun qazanılmasında böyük pay sahibidir. SPORTFM Azərbaycanın gənc Avropa çempionunu ziyarət edib.
Oxşar xəbərlər
İdmançımız Avropa çempionu oldu
Daha iki güləşçimiz Avropa çempionu oldu
Azərbaycan avarçəkəni Fransada Avropa çempionu oldu - FOTO
İdmançımız Avropa ikincisi oldu - UĞUR
Heydərov 3 qızıl medal qazandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası