Almaniya klubu Nazarovla danışıqlara başladı
Almaniyanın "Ertsgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.
Sportfm.az xəbər verir ki, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.
Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.
Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Dmitri Nazarovun 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda II Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.
Oxşar xəbərlər
Millimizin futbolçusu Almaniya klubu ilə vidalaşdı
Dmitri Nazarov Almaniya klubundan ayrılır
Millimizin futbolçusu növbəti dəfə testindən keçdi
Millimizin üzvü Almaniyada karantinə alındı - Bir nəfərdən şübhələnirlər
Almaniya klubu Nazarovla müqavilə imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası