reklam
Dmitri Nazarov Almaniya klubundan ayrılır
Sportfm.az xəbər saytı

Dmitri Nazarov Almaniya klubundan ayrılır


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubundan ayrıla bilər.

Sportfm.az xəbər verir ki, bu barədə Aue klubunun prezidenti Helge Leonhardt açıqlama verib.

2-ci Bundesliqada çıxış edən “Ersgebirge” 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir. Klub rəhbərliyi məhz elə buna görə heyətlə bağlı dəyişikliklərə hazırlaşır.

Leonhardt bildirib ki, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydt kimi futbolçuların da məsələləri müzakirə olunacaq:

“Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir”.

Oxşar xəbərlər

Nazarov komandasını məğlubiyyətdən xilas etdi
Nazarov münhenlilərə mane ola bilmədi
Nazarov qol vurdu, amma...
Dmitri Nazarov tarixə düşdü
Almaniya klubu Nazarovla müqavilə imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər