• 16:31 Bazar
    29 May 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti

Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti

Məşğələnin təşkili, təlimin forma, vasitə və metodlarının seçilməsi, yükün dozalaşdırılması gənc futbolçuların orqanizmlərinin inkişaf xüsusiyyətlərini nəzərə almaqla aparılmalıdır. Futbolçuların hazırlanması onların yaş göstəricilərinə ciddi riayət edilməklə icra edilir, (buraya anatomik, fizioloji və psixoloji xüsusiyyətlər daxil edilir).

8-11 yaşlı oglanların nisbətən aşağı funksional imkanlara malik olduqları və oyun fəaliyyəti üçün daha vacib psixometr funksiyalarının inkişaf səviyyələrinin kifayət qədər olmasını nəzərə alaraq məşğul olanlara zəruri fərdi yanaşılmalıdır.

8-11 yaşlı gənc futbolçularla topa yiyələnmə texnikasının və oyun taktikasının ilkin başlangıc təlimini həmin yaşa uygun olan hərəkətlərlə keçirilməlidir. Uşaqlardan hərəkətlərin maksimal tempdə icra etmələrini tələb etmək olmaz, çox hərəkət tətbiq edilməməlidir. Gənc futbolçular dəyişən şəraitə tez və dəqiq yygunlaşmalıdırlar, bir məşğələdə iki-üç  texniki fənddən artıq öyrədilməməli, ikitərəfli oyunları, müəyyənləşdirilmiş ölçülü futbol meydanlarında, ümumqəbuledilmiş heyətdə keçirməli.

Yeni başlayan futbilçuların əsas texniki fəndlər qrupu ilə tanış edilməsi, adi oyun fəaliyyətini müvəffəqiyyətlə aparmaga imkan verir, məşğul olanların futbola sabit, vurgun maragın yaranmasına təsir göstərir. 11x11 komandalı oyun şəraitində taktiki fəaliyyətin mənimsənilməsi onlar üçün daha çətin vəzifə hesab edilir. Oglanların 3x3, 4x4, 5x5 məhdud heyətlə kiçik oyun meydanlarında (70-50 m və 20-30 m) ikitərəfli oyunlarda və oyun hərəkətlərində fərdi və qruplaı taktiki fəaliyyətləri mənimsəmələri daha əlverişlidir.

Oyun təfəkkürünü inkişaf etdirmək üçün mürəkkəb reaksiya tezliyinin inkişafına, səmtin müəyyən edilməsinə tərəfdaşla qarşılıqlı fəaliyyət göstərməyə yönəldilmiş mütəhərrik oyunlardan geniş miqyasda istifadə etmək lazımdır.

Hərəki bacarığin kifayət qədər inkişaf etmiş fiziki hazırlıq səviyyəsində müvəffəqiyyətlə formalaşmasını nəzərə alaraq, 8-11 yaşlı uşaqlarla keçirilən məşğələlərdə vaxtın 50%-ni fiziki hazırlıga ayırmaq lazımdır.

Proqram materialının ümumi və xüsusi fiziki hazırlığınada sürət, çeviklik, üstünlük təşkiledici vasitələrdən istifadə edilir.

Ibtidai hazırlıq qrupu qarşısında qoyulmuş məqsədin həlli üçün əsasən kompleks tədris-məşq məşğələlərindən istifadə edilir.

10-12 yaşında diqqətin əsas hissəsinin hərəkətin tezliyinin,  cəldliyin inkişaf etdirilməsi ilə qarşılıqlı əlaqələrin yaranmasına yönəldilməlidir, hansı ki, bu səmərəli hərəkət texnikasının müvəffəqiyyətlə mənimsənilməsi üçün zəruri zəmin yaradır. Bu yaşda sürətin xeyli artması  hərəkətin tezliyinin təbii artımı ilə şərtlənir, oyun, idman və mütəhərrik oyunlar formasında icra edilən təbii hərəkətlərə üstünlük verilir.

Məşqin 50%-ni oyun hərəkətləri təşkil etməlidir.

Uşaqların qüvvə imkanları heç də yüksək deyildir, qüvvənin inkişaf etdirilməsinə ehtiyatla yanaşmaq, bu zaman qısa müddətli qüvvə gərginliyindın istifadə etmək lazımdır, bu əksər hallarda dinamik xarakterli olmalıdır. Hərəkətlər böyük olmayan ağırlıqlarla, böyük sürətlə icra edilən hərəkətlərdən ibarət olmalıdır. əsas diqqət hərəkət aparatının bütün əzələ qrupunun möhkəmlənməsinə və təbii inkişaf prosesində zəif olan əzələlərin (qarın əzəlzsi, gövdənin çəp əzələləri, yuxarı ətrafın açıcı əzələləri, budun arxa əzələləri) inkişafına yönəldilməlidir.

10-12 yaşlı gənc futbolçularla aparılan məşğələlərdə ümumi davamlığın inkişaf etdirilməsinin əsas vasitəsi uzunmüddətli qaçışlardır.  Onun davamiyyəti 10-dəqiqədən 30-dəqiqəyə qədər tədriclə artırılmalıdır. Eləcə də idmanın texniki növlərindən, üzgüçülükdən, oyunlardan və s., istifadə edilir.

Cəldlik və çevikliyin inkişaf etdirilməsi mürəkkəb koordinasiyalı hərəkətlərin müvəffəqiyyətlə mənimsənilməsinə zəmin yaradır. Mütəhərrik və idman oyunları, akrobatika hərəkətləri, hoppanma və tarazlıq hərəkətlərinin tətbiq edilməsi məsləhət görülür. Qaçış hərəkətləri əlavə tapşırıqlarla ıcra  edilir (qəfil dayanmaq, istiqaməti dəyişmək, dönmələr, maksimal tezlikdə).

Çevikliyi inkişaf etdirmək üçün böyük amplituda ilə icra edilən, oynaq baglarını möhkəmlədən əşyalarsız və yüngül əşyalarla icra edilən hərəkətlərdən istifadə edilir.

Texnika və taktikanın öyrənilməsində əsasən kompleks hərəkətlərdən istifadə edilir. Onların hamısı məqsədli istiqamət daşımalıdır.

Stereotip təkrarlamaların cəmi (eyni şəraitə, bir məqsədli tapşırıq, bərabər parametrli hərəkətlər) azaldılır. Şərait dəyişdirilir və mürəkkəbləşdirilir. Öyrənilən hərəkətin maksimala yaxın sürətlə və səylə icra edilməsinə cəhd göstərilir. Bu zaman texniki fəndlərin və taktiki fəaliyyətin icrası pozulmamalı, məqsədli dəqiqlik icazə verilən həddə olmalıdır.

12-14 yaşında sürət əsasən sürət-qüvvə keyfiyyətlərinin və əzələ sisteminin artması hesabına baş verir. Buna görə də sürətin inkişaf etdirilməsindəki vasitələrin tərkibinə hoppanmalar, atmalar, çox təkanlı sıçrayışlar, tez yuxarı və aşağı hoppanmalar, qaçışda sürətin tədriclə azaldılıb artırılması tipli sürət-qüvvə hərəkətləri kifayət qədər əhatəli yer tutur. Hər bir hərəkət qısa müddətli (8-10 dəfə saniyə) bir neçə seriyada 2-3 dəq. müddətində  istirahət fasiləsi ilə təkrar edilir. Gənc futbolçularla öz çəkilərinin 50% ilə agırlıq hərəkətlərini icra etmək məqsədyönlüdür. Lakin qüvvənin inkişaf etdirilməsi üçün əsasən qüvvə-sürət hərəkətlərindən istifadə edilir. Davamlığın inkişaf etdirilməsi üçün bərabər və dəyişən tempdə tədriclə məsafənin uzunlugunu 2-3,5 km qədər artırmaqla kross qaçışlarından, qısa müddətli (15-30 san.) fasiləli istirahətlə 30-40-50 m məsafələrə takrar qaçışdan, mütəhərrik və idman oyunlarından, qaçış və oyun hərəkətlərinin seriyalarla icra edilməsindən (30-40 san., müddətində nəbz vurğusunun artıq olmayan submaksimal güclü işi ilə, seriyaların 4-6 dəfə təkrar edilməsi ilə, 2-3 seriyanı 1,5-2,5 dəq., istirahət fasiləsi ilə icra edilməklə) istifadə etmək lazımdır.

Yuxarı yaşlı tədris qrupunda inkişafı çox çətin olan sürətin artırılmasına böyük diqqət yetirilməlidir.

Sürətin qazanılmış səviyyəsinin stabilləşməsinin vaxtından qabaq qarşısının alınması üçün maksimal sürətlə təkrar qaçışla yanaşı sürət-qüvvə və xüsusi qüvvə hərəkətlərindən (gimnastika alətlərindən, ştanqadan və s.,) geniş istifadə etmək lazımdır.

Idman təkmilləşməsi qruppasında məşq vasitələri və yarışların ümumi həcminin artırılması ilə əlaqədar, gərginliyin yaradılmasını nəzərə almaqla bir neçə  məqsədin həll edilməsi üçün xüsusi hərəkətlərdən istifadə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini nəzərə almaq lazımdır.

Məşq prosesində aşağıda qeyd edilən hərəkətlər seçilir:

-          oyunun quruluşu və məzmununu müəyyən edən (texnika və taktikanın təkmilləşdirilməsi, fiziki keyfiyyıtlərin inkişaf etdirilməsi);

-          orqanizmin ayrı-ayrı funksiyalarına təsir edən (aerob, anaerob və qarışıq);

-          hərəkətin davamiyyəti və intensivliyi, təkrarların miqdarı, fasilənin böyüklüyü və s.

Müəllif: Natiq Məmmədov

скачать dle 10.4 UTF-8Forex для начинающих

10-05-2022
341
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
4-05-2022
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
30-04-2022
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
25-07-2021
Gənclər və İdman Nazirliyi ləğv edilir -
Gənclər və İdman Nazirliyi ləğv edilir - Agentlik olacaq
23-04-2021
Narkomanlıq əleyhinə görüş keçirildi -
Narkomanlıq əleyhinə görüş keçirildi - AMADA
28-12-2020
AMADA idmançıları maarifləndirəcək -
AMADA idmançıları maarifləndirəcək - Narkotiklərlə mübarizədə
8-12-2020
Karantin rejimi sərtləşdirildi -
Karantin rejimi sərtləşdirildi - SMS icazə
24-11-2020
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir -
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO
23-11-2018
Uşaqlarda bacarığı və qabiliyyəti necə inkişaf etdirək? -
Uşaqlarda bacarığı və qabiliyyəti necə inkişaf etdirək? - Lazımlı qeyd
16-11-2018
Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? -
Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? - QEYD
11-07-2018
Roberto Bordin:
Roberto Bordin: "Ciddi hazırlaşmışıq"
23-04-2018
Uşaq futbolu:
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
18-09-2017
Futbolumuzu geri salan
Futbolumuzu geri salan "xəstəlik" və aldadılan gənclər (LAYİHƏ)
15-09-2017
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…”
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…” (LAYİHƏ)
8-09-2017
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi (LAYİHƏ)
9-06-2017
İdman federasiyalarına maliyyə dəstəyi kəsiləcək, əgər...
İdman federasiyalarına maliyyə dəstəyi kəsiləcək, əgər...
  Xəbər lenti
"Milan"ın əfsanəsi klubdan ayrılır 29.05.2022, 16:22
"Qarabağ"la Qurbanovdan rekordlar - Azərbaycan kuboku 29.05.2022, 15:30
Remzinin təzminatı razılaşdırıldı 29.05.2022, 14:20
Çimərlik güləşi - belə idmanda var 29.05.2022, 13:52
Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunun ilk qalibləri - FOTO 29.05.2022, 13:45
Azərbaycan kubokunda 30-cu sülh 29.05.2022, 13:18
Alman məşqçi danışdı: "Kifayət etmədi" 29.05.2022, 13:14
"Liverpul" - "Real" - 0:1 - VİDEO 29.05.2022, 12:58
Möcüzəli belçikalı - Finalın ən yaxşısı 29.05.2022, 12:21
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 66
2 Neftçi 27 50
3 Zirə 27 46
4 Qəbələ 27 44
5 Sabah 27 40
6 Şamaxı 27 21
7 Sumqayıt  27 19
8 Səbail 27 15
Ətraflı
4-05-2022
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
16-05-2022
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
21-05-2022
Futbolda bədən tərbiyəsi
Futbolda bədən tərbiyəsi
Dünən, 14:54
Laktik turşu performansa necə təsir edir?
Laktik turşu performansa necə təsir edir?
30-04-2022
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
10-05-2022
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
12-05-2022
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm  –
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm – Latın Amerikası ölkəsinə tez varmaq
27-05-2022
Qəbələdəki kubokun finalında qeyri-qanuni hadisə! -
Qəbələdəki kubokun finalında qeyri-qanuni hadisə! - Ölkə futbolunu heçə sayan qərar
25-05-2022
50 manatlıq kubok, ölən futzal və...
50 manatlıq kubok, ölən futzal və... Ruhuna fatihə
21-05-2022
Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb -
Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb