reklam
Sportfm.az xəbər saytı

"Futbol bizi daha da birləşdirəcək" -UEFA prezidenti


"Futbol müharibədən sonra bizi daha da birləşdirəcək".

Sportfm.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Xorvatiyanın "Hayduk" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında keçirilmiş xeyriyyə oyunundan sonra deyib.

55 yaşlı funksioner Ukrayna xalqının güclü olduğunu bildirib. "Siz birlik nümayiş etdirirsiniz. Sevinirəm ki, bu, futbol vasitəsi ilə baş verir".

Xeyriyyə matçlarının önəmindən söz açan Çeferin müharibənin tezliklə bitməsini arzulayıb.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Matçdan əldə edilən gəlir Ukraynadan olan qaçqınlara yardım məqsədi ilə sərf olunacaq.

Oxşar xəbərlər

Çeferin yenidən UEFA prezidenti olacaq
Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir - 281 168 manat
"Fənər"dən adına yaraşmayan hərəkət
"Dinamo" xeyriyyə matçından imtina etdi - Rumıniya klubu ilə oynamayacaq
"Sülh naminə matç"ın qalibi "Dinamo" oldu - Xeyriyyə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər