"Sülh naminə matç"ın qalibi "Dinamo" oldu -Xeyriyyə
Türkiyənin "Qalatasaray" və Ukraynanın "Dinamo" (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, NEF stadionunda baş tutan qarşılaşma Kiyev təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan əvvəl Ukraynadakı müharibədə dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Hesabı 14-cü dəqiqədə Vitali Buyalski açıb. 28-ci dəqiqədə Artyom Besedin fərqi artırıb. 56-cı dəqiqədə Barış Alper Yılmaz buraxılan toplardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə fərqlənən Viktor Tsıqankov isə yekun hesabı müəyyənləşdirib.
Bilet satışından əldə edilən gəlir müharibədən zərər görmüş uşaqlara xərclənəcək. Matçı 7 min azarkeş izləyib.
Qeyd edək ki, Ukrayna təmsilçisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu, həmçinin Polşanın "Legiya", Rumıniyanın "Styaua" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları ilə də xeyriyyə görüşündə üz-üzə gələcək.
Oxşar xəbərlər
Mahirin komandası Kiyev "Dinamo"su ilə bərabərə qaldı - Xeyriyyə oyunu
“Dinamo” “Borussiya”ya qalib gəldi - Yoxlama görüşü
"Fənər"dən adına yaraşmayan hərəkət
"Dinamo" xeyriyyə matçından imtina etdi - Rumıniya klubu ilə oynamayacaq
“Qalatasaray” Ukrayna klubu ilə oynayacaq - Xeyriyyə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası