reklam
30 illik tarixdə 30-cu dəfə -
Sportfm.az xəbər saytı

30 illik tarixdə 30-cu dəfə -Azərbaycan Kuboku


Azərbaycan Kubokunun 30 illik tarixində 30-cu dəfə penaltilər seriyasına müraciət olunub.

Sportfm.az xəbər verir ki, bu, "Neftçi" və "Zirə" komandaları arasında yarımfinal mərhələsinin cavab oyununa təsadüf edib.

Hər iki görüşdə qolsuz heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə edilib. Bu, cari mövsümün ilk penaltilər seriyasıdır. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.

Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında baş verib. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Qeyd edək ki, 11 metrlik cərimə zərbələrində daha dəqiq (4:2) oynayan "Zirə" finalda "Qarabağ"a rəqib olub.

Oxşar xəbərlər

Azərbaycanda 500-cü bərabərlik - Premyer Liqa
Kiyev "Dinamo"su növbəti kubokunu qazandı
"Voyvodina" Serbiya kubokunu muzeyinə apardı - FOTO
Tarixdə 3-cü dəfə
"Neftçi" “Qarabağ”ın qol seriyasını qırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər