reklam
Azərbaycanda 500-cü bərabərlik -
Sportfm.az xəbər saytı

Azərbaycanda 500-cü bərabərlik -Premyer Liqa


Futbol üzrə Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.

Sportfm.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turundakı "Qəbələ" - "Zirə" görüşünə təsadüf edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” - 89, “Keşlə” - 70, “Bakı” - 62, “Şüvəlan” - 54, “Turan” - 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.

Oxşar xəbərlər

Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
"Sabah"dan bir ilk - Misli Premyer Liqası
"Zəfər turu"nda məhsuldar “sülh” - Premyer Liqa
Mövsümün ilk qolsuz oyunu - Premyer Liqa
"Qarabağ"ın 100-cü heç-heçəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər