Tarixdə 3-cü dəfə
Azərbaycan kubokunda 1/4 final səddini adlayaraq yarımfinala yüksələn komandaların hamısı əvvəllər də buna nail olub.
Sportfm.az xəbər verir ki, “Qarabağ” digər üç komanda ilə müqayisədə bunu daha çox bacarıb. Ağdam klubu tarixində 16-cı dəfə yarımfinalda oynayacaq. Əyalət təmsilçisi bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubunun rekordu 17-yə bərabərdir. Digər yarımfinalçılardan “Qəbələ” 8-ci, “Sumqayıt” 3-cü, “Zirə” 2-ci dəfə 1/4 final səddini keçib.
Maraqlıdır ki, yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardır. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.
Bu, ölkə kuboku tarixində 3-cü belə hadisədir ki, ardıcıl iki dəfə eyni komandalar yarımfinala yüksəlir. 2009/10 və 2010/11 mövsümlərində AZAL, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”, 2015/16 və 2016/17 mövsümlərində “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” yarımfinalda yerini qoruyub.
Oxşar xəbərlər
"Neftçi" final sayında "Qarabağ"ı keçdi - Azərbaycan Kuboku
Azərbaycan kubokunda rekord
“Sumqayıt” 11-ci yerdə, “Neftçi” yenə ikinci pillədə - Ən çox xal toplayanlar
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası