"Neftçi" “Qarabağ”ın qol seriyasını qırdı
“Qarabağ” klubunun Azərbaycan Premyer Liqasında qol seriyası qırılıb.
Sportfm.az xəbər verir ki, X turda “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.
Cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda komanda 26 dəfə rəqib qapısına yol tapıb.
Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən "Köhlən atlar"ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.
Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın 36 oyunluq seriyası qırıldı
"Qarabağ"dan rekord
“Sabah”dan 3 rekord - Azərbaycan Premyer Liqası
“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi
“Neftçi” qol seriyasını 20-yə çatdırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.png)





Misli Premyer Liqası