Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Prosineçkini Azərbaycan millisinə mafiya gətirib" - ŞOK İDDİA, VİDEO
"Serb və xorvatiyalı məşqçilər bütün dünyanı ələ alıb. Türkiyənin qapılarını da onların üzünə açıblar. İqor Tüdoru "Karabükspor"dan "Qatalasaray"a gətirən menecerlər oldu". Bu fikirlər Türkiyədə bir çox klub çalışdırmış Giray Bulaka məxsusdur.
"TRT-Spor"da "Stadyum" proqramına qonaq olan tanınmış mütəxəssis Robert Prosineçki haqda da danışıb və onu Azərbaycan millisinin sükanı arxasına xorvat-serb mafiyasının gətirdiyini iddia edib: "Türkiyədə bir çox klub başqanı Yuqoslaviya mafiyasının təsiri altındadı. İstədiklərini edirlər. Çünki reklam siyasətini super qurublar".
"Qalatasaray"dan bir yönətici mənə dedi ki, Tüdorun meneceri kluba zəng vurdu, "onu gətiririk, hazır olun" söylədi. Tüdor "Karabükspor"la səfər matçlarında 4 xal topladı. Başqa neylədi ki? Slaven Biliç "Beşiktaş"da 2 il çalışdı, bir dəfə çempion olmadı. Amma Yuqoslaviya mafiyası Biliçi "Vest Hem"ə apardı, indi 2 ildən artıqdı İngiltərədə çalışır və çox uğursuz nəticələr əldə olumasına baxmayaraq, hələ də komandanın başındadı.
Şenol Günəş "Beşiktaş" çempion etdi və yenə bu adı qazanmağa çox yaxındı, görün, onu İngiltərəyə aparan varmı? Ölkəmizdə son 20-25 ildə saysız-hesabsız xorvat-serb məşqçi gəlib-getdi. Deyə bilərsiz ki, hansı biri silinməz iz buraxdı? Bunları bilə-bilə, bunları görə-görə gəlirik.
Təbii ki, mafiyanın, bu mafiyanın içində olan menecerlərin dəstəyi olmasa, xorvat və serb məşqçilər böyük klublardan dəvət almaz. Robert Prosineçki hazırda Azərbaycan millisini çalışdırır. Prosineçki "Kayserispor"da nə etdi ki, ona Azərbaycandan dəvət göndərdilər? Bu mafiya o qədər güclüdü ki, Prosineçkini yenidən Türkiyəyə qaytarmaq da istəyir".
Oxşar xəbərlər
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Robert Prosineçki Türkiyəyə yollanacaqmı?
Futbolumuza uzanan kənar əllər... - AFFA-dakı mafiya daha güclüdür - İDDİA
“Qalatasaray”ın yeni baş məşqçisi məlum oldu
Robert Prosineçki:"Bu klubu o qədər sevirdim ki"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası