Voleybol üzrə "Zəfər Kuboku" keçiriləcək
Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Kuboku” təşkil edəcək.
Sportfm.az xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.
Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022 mövsümün rəsmi bağlanışı olacaq.
Oxşar xəbərlər
“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları
Superliqada növbəti oyunların proqramı - SİYAHI
Voleybol üzrə yeni turnir keçiriləcək - Bahar Kuboku
Yüksək liqada oyunların vaxtı məlum oldu - Voleybolda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası















Misli Premyer Liqası