reklam
Superliqada növbəti oyunların proqramı -
Sportfm.az xəbər saytı

Superliqada növbəti oyunların proqramı -SİYAHI


Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq.

XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.

Oxşar xəbərlər

Növbəti oyunların vaxtı - Azərbaycan çempionatları
Azərbaycan çempionatında II turun təqvimi
Növbəti oyunların vaxtı bəlli oldu - Azərbaycan çempionatı
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları
Növbəti turun proqramı açıqlandı - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər