reklam
Növbəti turun proqramı açıqlandı -
Sportfm.az xəbər saytı

Növbəti turun proqramı açıqlandı -Voleybol çempionatları


Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.

Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Oxşar xəbərlər

Voleybol çempionatlarında növbəti oyunların vaxtı
Azərbaycan çempionatında II turun təqvimi
"Neftçi" nə vaxt meydana çıxacaq?
Növbəti turun proqramı açıqlandı - Yüksək Liqa
Superliqada növbəti oyunların proqramı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər