reklam
Dünyanın tanınmış idmançıları Bakıya gəlir -
Sportfm.az xəbər saytı

Dünyanın tanınmış idmançıları Bakıya gəlir -Toplanış


Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlardan ibarət yığma komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

Sortfm.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Mayın 2-dən 8-nə qədər AMKF-in təlim-məşq bazasında keçiriləcək təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.

Bakıdakı beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir.

Xatırladaq ki, martın əvvəlində müxtəlif yaşlı qadınların bir həftə davam edən beynəlxalq seminarına idmançılarımızla yanaşı Çexiya və Yunanıstandan karateçilər qatılmışdı.

Oxşar xəbərlər

Legioner idmançımızdan iki qızıl - Beynəlxalq turnir
9 azərbaycanlı Seriya A-da
Karateçilər təlim-məşqlərə yollandı
Serbiyaya gedən yol Şəkidən başladı
Karate Federasiyası bəyanat yaydı!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər