9 azərbaycanlı Seriya A-da
Martın 1-3-dək Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, Zalsburq Arenada təşkil edilən turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən 9 idmançı iştirak edəcək.
Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (-68 kq) yer alıb. Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edən referilər arasında olacaq.
Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın ilk günü, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska şənbə günü mübarizəyə qatılacaq. Bütün çəki dərəcələrində mükafat görüşləri bazar günü keçiriləcək. Seria A turnirlrindən mövsümün ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.
Oxşar xəbərlər
"Brilliant Oğlan" lisenziya üçün Avstriyaya yollandı
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
Azərbaycan karateçiləri Seriya A-da qızıl və bürünc medal qazandı
Karate 1 Premyer Liqa seriyasına start verildi
Yığmamızın üzvləri Seria A-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi" - "Zirə" - START HEYƏTLƏR
-
"Xankəndi" qalib gəldi, "Şimal" uduzdu - Birinci Liqa
-
"Şəfa"dan böyükhesablı qələbə - Premyer Liqa
-
"Uşaqların xarakteri bu gün qələbədə böyük rol oynadı" - Zaur Həşimov
-
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı - Premyer Liqa
-
"Zirə" minimal hesabla məğlub oldu














Misli Premyer Liqası