Karateçilər təlim-məşqlərə yollandı
5-11 noyabr tarixlərində ispaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatına hazırlıqları davam etdirən milli komandamız Şamaxıya təlim-məşqlərə yola düşüb.
Sportfm.az xəbər verir ki, milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Şamaxı Olimpiya İdman kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (ikisi də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.
Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda 3 noyabrda dünya çempionatına yollanacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
Yığmamız Madridə yola düşür
Milli komandamız Premyer Liqaya yola düşür
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası