reklam
Güləşçilər bu dəfə Nizami yurduna toplandı -
Sportfm.az xəbər saytı

Güləşçilər bu dəfə Nizami yurduna toplandı -Yarış


Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib.

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb

Sportfm.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib.

Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. 

Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb.

 

Oxşar xəbərlər

Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
"Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək
Boks üzrə açıq birincilik başa çatdı
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər