Boks üzrə açıq birincilik başa çatdı
Şağan Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü boksçular arasında "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) açıq birinciliyi keçirilib.
Sportfm.az xəbər verir ki, birincilikdə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən, idman klublarından 25 komanda olmaqla 182 idmançı mübarizə aparıb.
On dörd çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə "Təhsil" RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.
Birinciliyin keçirilməsində məqsəd "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında boks idman növünün təbliği və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.
Oxşar xəbərlər
Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI
"Neftçi"nin idmançıları qızıl medal qazandı
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
“Qızıl əlcək” idman klubunun boks üzrə açıq birinciliyi start götürdü - FOTO
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası