reklam
Dünya Çempionatının püşkü atılır -
Sportfm.az xəbər saytı

Dünya Çempionatının püşkü atılır -YENİLƏNİR


Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. 

Sportfm.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkəcək. Onların arasında Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) var. 

Püşkatmada səbətlərin tərkibi isə belədir: 

1-ci səbət: Qətər (ev sahibi), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, UEFA-nın pley-offunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, - CONCACAF - OFC pley-offunun qalibi

Qeyd edək ki, final mərhələsində iştirak edəcək 32 komandadan 29-u müəyyənləşib. Digər 3 iştirakçının adına isə iyun ayında keçiriləcək pley-off oyunlarından sonra aydılıq gələcək. 

Oxşar xəbərlər

Qruplarının tərkibi dəqiqləşdi - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Səbətlərin tərkibi məlum oldu - DÇ-2022
DÇ-2018-in püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər