reklam
Səbətlərin tərkibi məlum oldu -
Sportfm.az xəbər saytı

Səbətlərin tərkibi məlum oldu -DÇ-2022


DÇ-2022-nin sabah keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, 4 səbətin hər birində 8 iştirakçı yer alıb. Tərkib aşağıdakı kimidir: 

1-ci səbət: Qətər (ev sahibi), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, UEFA-nın pley-offunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, - CONCACAF - OFC pley-offunun qalibi

Qeyd edək ki, noyabrın 21-dən dekabrın -18-dək davam edəcək DÇ-2022-nin 29 iştirakçısı məlum olsa da, digər 3 ölkənin adına iyun ayında aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə qarşılaşacaq. Mundialın püşkatma mərasimi isə sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

DÇ-2022-nin təqvimi dəqiqləşib
DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Dünya Çempionatının püşkü atılır - YENİLƏNİR
Dünya çempionatına 29 ölkə vəsiqə qazandı - SİYAHI
DÇ-2018-in püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər