"Sabah"dan bir ilk -Misli Premyer Liqası
“Sabah” Misli Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, yubiley topu 22-ci turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub.
“Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib. (PFL)
Oxşar xəbərlər
"Qarabağ"ın 1400-cü qolu
Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu
“Sabah”ın yubiley qolu - Premyer Liqa
Rauf Əliyevdən yubiley qolu - 60-cı
"Neftçi"nin yubiley qələbəsi - 250
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
"Sumqayıt"ın heyətində amerikalı oyunçu
-
Çexiya İngiltərəyə, İspaniya Xorvatiyaya qarşı - Millətlər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu















Misli Premyer Liqası