reklam
Britaniyalı körlinqçi əlil arabasından yıxılaraq zədələndi -
Sportfm.az xəbər saytı

Britaniyalı körlinqçi əlil arabasından yıxılaraq zədələndi -Pekin-2022


Pekin-2022 Qış Olimpiya Oyunlarında Kanada ilə görüş zamanı Böyük Britaniya körlinqçisi Devid Melrouz əlil arabasından yıxılıb.

Sportfm.az xəbər verir ki, Melrouz hərəkəti düzgün yerinə yetirmədiyi üçün ağır zədə alıb. O, meydançadan xərəkdə aparılıb.

56 yaşlı paralimpiyaçı 5-ci hissənin gedişində yerə əyilərək öz fırçasını götürmək istəyib. Bu zaman Melrouz arabada özünü saxlaya bilməyərək, aşıb. O, yenidən durmaq istədikdə ikinci dəfə yıxılıb və hərəkətsiz qalıb. Hadisə yerinə həkimlər gəliblər.

İnsidentlə əlaqədar fasilə 15 dəqiqəyədək çəkib. Melrouz matçı davam etdirə bilməyib. Onun çiyninin çıxdığı bildirilir.

Qeyd edək ki, görüş Kanadanın qələbəsi ilə yekunlaşıb - 6:3.

Oxşar xəbərlər

37 yaşlı hakim məşqdə öldü
Qış Paralimpiya Oyunları başa çatdı - PEKİN-2022
Velosipeddən yıxıldı, komaya düşdü - FOTO
23 yaşlı futbolçu terasdan yıxılıb, dünyasını dəyişdi - FOTO
Azərbaycanlı yeniyetmə futbol oynayarkən zədələndi, 20 gün sonra dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər