Qış Paralimpiya Oyunları başa çatdı -PEKİN-2022
Çinin paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunları başa çatıb.
Sportfm.az xəbər verir ki, martın 4-də başlayan “Pekin-2022” Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Qış Paralimpiya Oyunlarını ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar. Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olur.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və “Olimpiya kəndləri” uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.
Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.
Oxşar xəbərlər
Ruslar Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Rusiya və Belarus idmançılarına icazə verildi - IPC-nin bayrağı altında yarışacaqlar
Azərbaycan üçün bir ilk - Qış Paralimpiya Oyunları
Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
ABŞ XII Qış Paralimpiya Oyunlarının qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı














Misli Premyer Liqası