Azərbaycanlı yeniyetmə futbol oynayarkən zədələndi, 20 gün sonra dünyasını dəyişdi
Qazaxıstanin Kustanay şəhərində həyətdə futbol oynayarkən üzərinə futbol meydançasının qapısı düşən 16 yaşlı azərbaycanlı yeniyetmə xəstəxanada keçinib.
Sportfm.az saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Namiq Şirinov adlı gəncin cənazəsi dəfn olunmaq üçün vətəni Azərbaycana gətirilir. Hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
Faciə iyunun 28-də baş verib. Namiq Şirinov həyətdə uşaqlarla futbol oynayarkən futbol qapısı onun üstünə aşıb. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb-qara ciyəri dağılıb, 12-barmaq bağırsağı zədələnib, daxili qanaxma və digər ağır zədələr baş verib. Əvvəlcə onu yerli xəstəxanada təcili əməliyyat ediblər, Lakin həkimlərin səylərinə, bir neçə dəfə əməliyyat etmələrinə baxmayaraq onun vəziyyətində irəliləyiş olmayıb. Həkimlər yaralını iyulun 15-də Nur-Sultandakı xəstəxanalaran birinə köçürməyə hazırlaşırdılar. Amma iyulun 13-də Namiqin vəziyyəti kəskin pisləşib və ertəsi gün o vəfat edib. Hadisənin baş verdiyi futbol meydançasının 3 il əvvəl qurulduğu bildirilir. Namiqin valideyinləri polisə şikayət ediblər.
Oxşar xəbərlər
Turnirdə dava düşdü, futbolçu öldü - Almaniyada
ŞOK - Dadaşov dünyasını dəyişdi
Şağird futbol oynayarkən öldü - Bakıda
İldırım futbolçunun həyatını aldı
Azərbaycanlı futbolçunun 18 yaşlı qardaşı dünyasını dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası