Azərbaycan yığmasınıa 5 700 avro cərimə -UEFA
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan millisini 5 700 avro məbləğində cərimələyib.
Sportfm.az xəbər verir ki, buna futzalçıların İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı Avropa çempionatının qrup oyunlarında sarı və qırmızı vərəqələrlə cəzalanmaları səbəb olub.
Pireney təmsilçisi ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəldiyi matçda isə Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Buna görə milli komanda 3 000 avro cərimə olunub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq Avropa çempionatı ilə erkən vidalaşıb.
Oxşar xəbərlər
Bosniyanı ud və mübarizəni dayandır - Yığmamızın taleyi
Millimiz cərimələndi, digər yığmaya xəbərdarlıq edildi - Avropa çempionatı
Yığmamızın yekun heyəti - Avropa çempionatı
Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlandı - Avropa çempionatı
Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurdu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası