reklam
Bosniyanı ud və mübarizəni dayandır -
Sportfm.az xəbər saytı

Bosniyanı ud və mübarizəni dayandır -Yığmamızın taleyi


Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkib. Amsterdamdakı "Ziggo Dome" zalında baş tutan görüşdə millimiz 4:2 hesabı ilə qalib gəlib.

Qələbə qazanmağımıza baxmayaraq, yığmamız Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

Avropa çempionatı

D qrupu, III tur

29 yanvar

20:30 Azərbaycan - Bosniya və Herseqovina 4:2

Qollar: Bolinya, 6:22. Eduardo, 10:02. R.Vilela, 32:35. Qallo, 39:52 – A.Radmiloviç, 11:50-pen. N.Kahvedziç, 31:20.

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 2. Felipinyo, 9. Rafael Vilela, 10. Vassura, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 13. Qallo, 17. İsa Atayev, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bosniya və Herseqovina: 12. Stanislav Qaliç, 5. Blaqo Qaspar, 7. Bilal Yeliç, 8. Mariyo Aladziç, 9. Nermin Kahvedziç, 1. Darko Milanoviç, 2. Almadein Bundavika, 3. Yosip Sezar, 4. Davor Arnautoviç, 6. Srdjan İvankoviç, 10. Anel Radmiloviç (k), 14. Kristiyan Pantiç, 11. Yosip Boskoviç, 16. Samir Qasto.
Baş məşqçi: İvo Krezo.

Oxşar xəbərlər

“Araz Naxçıvan”ı ayırdılar, top ilə doyurdular...
Azərbaycan millisi həlledici oyuna çıxır - Avropa çempionatı
Millimizin oyununun hakimləri - Avropa çempionatı
Azərbaycanın millisi ilk oyunda məğlub oldu - Avropa çempionatı
Yığmamızın rəqibi heyətini açıqladı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər