reklam
Fransalı futbolçu Vaqif Cavadova çatdı -
Sportfm.az xəbər saytı

Fransalı futbolçu Vaqif Cavadova çatdı -Qol sayı


"Qarabağ"ın futbolçusu Abdulla Zubir Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub və komandadakı qol sayına görə Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.

Sportfm.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi XVIII turda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşə təsadüf edib.

89-cu dəqiqədə "köhlən atlar"ın sonuncu qoluna imza atan fransalı oyunçu 85-ci matçda 25-ci dəfə fərqlənib.

2018/19 mövsümündən Ağdam təmsilçisində çıxış edən Zubir öncə 6, növbəti çempionatda 5 dəfə topu rəqib qapılarından keçirib.Son iki mövsümdə isə onun aktivində 7 qol olub.

O, ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısına vurub. Yarımmüdafiəçi 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub. Abdullah Zubir “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb.

Oxşar xəbərlər

Abdullah Zubir üçün əlamətdar qol
Zubir “200” səddinə çatdı
Zubir "Neftçi" ilə matçda bunu etdi
Zubirdən yubiley qolu - Azərbaycan Premyer Liqası
Zubir - 50

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər