reklam
Zubir “200” səddinə çatdı
Sportfm.az xəbər saytı

Zubir “200” səddinə çatdı


Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib. 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVIII turuna təsadüf edib.

Sportfm.az PFL-ə istinadən xəbər verir ki, “Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Qeyd edək ki, Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.       

 

Oxşar xəbərlər

Abdullah Zubir üçün əlamətdar qol
Zubir "Neftçi" ilə matçda bunu etdi
Fransalı futbolçu Vaqif Cavadova çatdı - Qol sayı
"Zubir" 100-ə çatdı
Zubir - 50

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər