
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Zubir - 50
“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail”lə 11-ci turun səfər matçında (1:1) qeyd edib.
O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.
Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.
Oxşar xəbərlər
Abdullah Zubir üçün əlamətdar qol
Zubir “200” səddinə çatdı
Zubir "Neftçi" ilə matçda bunu etdi
Zubir 100-ə çatdı - Misli Premyer Liqası
"Zubir" 100-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin