Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
7 il onlarsız...
Bu gün "Neftçi” PFK-nın iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 7 il ötür.
Sportfm.az xəbər verir ki, "Neftçi”də qısa müddət işləməsinə baxmayaraq kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əmakdaş olmaqla yanaşı Alimin qəlbində doğma "Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm "Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.
Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini "Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi "Neftçi” ailəsi tərəfindən unudulmayacaq. "Neftçi"nin mərhum əməkdaşlarının ailəsinə Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
“Qarabağ”la oyun öncəsi “Neftçi”də itki
Faciədən 12 il ötür - Qanlı tarix
Vaxt keçir, siz məndən uzaqlaşırsız, mən sizə günbəgün yaxınlaşıram - 11 il onlarsız
"Neftçi"nin əməkdaşlarının ölümündən 10 il ötür
"Neftçi"nin daha bir veteran futbolçusu vəfat etdi... FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası