Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Faciədən 12 il ötür -Qanlı tarix
13 fevral 2010-cu il....Aradan 12 il keçir
Mənim üçün həyatımın ən ağır günlərindən biri...
Həmin gün həftənin şənbə günü idi. "Neftçi" komandası olaraq səfərdə "Karvan"ı Adrian Nyaqanın yeganə qolu ilə məğlub edib Bakıya qayıdırdıq. Amma qələbə sevincimiz yarım qaldı. Yevlaxdan yola çıxan komandamızın dörd əməkdaşı - Mübariz Xudiyev, Dadaş Zeynalov, Vahid Həmidov və Alim Malikoğlu Şamaxı - Bakı yolunda dəhşətli qəzaya uğradı. Həmin gün qar yağmışdı və hava şaxtalı idi. Avtomobilin dərəyə yuvarlanması nəticəsində iki şəxs -Vahid və Alim faciəvi şəkildə vəfat etdi. Dadaş və Mübariz isə ağır yaralandı.
Daha sonra Neftçilər xəstəxanası, göz yaşları, "Neftçi"nin Alimsiz və Vahidsiz yazılan tarixi...
Artıq həmin faciəvi günün acısını yaşayanlardan Elnur Əşrəfoğlu da aramızda yoxdur...
Sizləri unutmayacam, qardaşlar. Qəbriniz nurla dolsun
Araz Əhmədov - Sportfm İdman Agentliyinin baş redaktoru
Oxşar xəbərlər
Bakıda stadionda yıxılan fəhlə vəfat etdi
Vaxt keçir, siz məndən uzaqlaşırsız, mən sizə günbəgün yaxınlaşıram - 11 il onlarsız
"Neftçi"nin əməkdaşlarının ölümündən 10 il ötür
Avtobus dərəyə yuvarlandı, 7 futbolçu vəfat etdi - Hadisə
7 il onlarsız...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası