reklam
Həbib UFC-də ölkəmizi təmsil edəcək idmançı haqqında danışdı -
Sportfm.az xəbər saytı

Həbib UFC-də ölkəmizi təmsil edəcək idmançı haqqında danışdı -VİDEO


Azərbaycanlı idmançı Hüseyn Əliyev Hyustonda "Fury FC 57 - UFC Fight Pass" yarışında növbəti görüşünə çıxıb. O, hakimlərin qərarı ilə 65 kiloqram çəki dərəcəsində Andres Quintanaya qalib gəlib.

Sportfm.az xəbər verir ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca məşhur "American Kickboxing Academy" (AKA) zalında keçirib.

Hazırlıq müddətində o, Həbib Nurməhəmmədov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi "AKA" qurucusu və baş məşqçisi Xavyer Mendez və MMA ulduzu Həbib Nurməhəmmədov Hüseyn barədə müsbət fikirlər bildiriblər. Bu fikirlər “Fury FC” MMA Liqasının hesabında paylaşılan videoda da yer alıb. Video da Həbib Nurməhəmmədov idmançımızın çox parlaq gələcəyinin olacağını bildirir.

Qeyd edək ki, Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin UFC Fight Pass yolu ilə əsas liqaya düşmək şansı var. Döyüşdən bir gün öncə UFC Fight Pass şirkəti "Instagram" sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir. (Manset)

Oxşar xəbərlər

Nurməhəmmədov ən yaxşı məşqçi seçildi
Həbib Nurməhəmmədov ABŞ-a getməyəcək - Döyüş ləğv edildi
Nurməhəmmədov və Makqreqorun yeni rəqibi peyda oldu - qəssab Nüsrət
Həbib Poryenin futbolkasını 100 min dollara satdı
Həbib: "Mən ayaq üstə döyüşmək istəyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər