Nurməhəmmədov və Makqreqorun yeni rəqibi peyda oldu -qəssab Nüsrət
Dünyaca məşhur türk qəssab, iş adamı Nüsrət Gökcə UFC döyüşçüləri Konor Makqreqor və Həbib Nurməhəmmədova meydan oxuyub.
Sportfm.az xəbər verir ki, Nüsrət müsahibəsində dəvət gələrsə, adı çəkilən idmançılarla döyüşə hazır olduğunu bəyan edib. 36 yaşlı qəssab "kimlə döyüşmək istərdiniz" sualına "Konor Makqreqor və Həbib Nurməhəmmədov ola bilər" cavabını verib:"Əsas işim qəssablıqdır. Ancaq idmanla da məşğulam. Ona görə Konor Makqreqor və Həbib Nurməhəmmədov, ümumən hamı ilə döyüşə bilərəm. Mən hazıram. Onlara hörmət edirəm. Amma bir gün dəvət olunsam, Konor Makqreqor və Həbib Nurməhəmmədovla da döyüşə bilərəm".
Qeyd edək ki, İngiltərə mətbuatı Nüsrət Gökcənin Konor Makqreqor və Həbib Nurməhəmmədovla yaxın gələcəkdə döyüşmə ehtimalının az olduğunu yazıb.
Oxşar xəbərlər
Həbiblə Makqreqor arasında revanş baş tutmayacaq - "Makqreqor şansını gözləməlidir"
Makqreqor sakit dayanmır - Həbibi döyüşə çağırır
Həbib Nurməhəmmədova yer verilmədi! - Makqreqor isə 5-ci oldu
Makqreqor Həbiblə yenə görüşmək üçün nə istədi?
Həbib - Makqreqor döyüşündə yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası