reklam
Olimpiya çempionuna vəzifə verildi -
Sportfm.az xəbər saytı

Olimpiya çempionuna vəzifə verildi -Təyinat


Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbər heyəti müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, AHF-nin ümumi yığıncağında bəlli olub.

Orxan Abbasov yenidən vitse-prezident seçilib. Həmçinin, 1976-cı ildə Kanadanın Monreal şəhərində SSRİ yığması ilə Olimpiya çempionu, qadın millimizin sabiq baş məşqçisi Rəfiqə Şabanova da bu posta layiq bilinib. O da federasiyanın vitse-prezidenti olub.

İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev üzv kimi daxil olub.

Həndbolçuların narazı olduğu federasiyanın baş katibi Yusif Atakişiyevin təyinatı isə daxili iclasda müəyyənləşəcək.

Qeyd edək ki, 2016-cı ildən AHF-yə rəhbərlik edən Saleh Məmmədov bu gün yenidən prezident seçilib.

 

Oxşar xəbərlər

Azərbaycanın Olimpiya çempionu 80 yaşında!
Azərbaycan həndbolu Vyanada - Baş ofisdə görüş keçirildi
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
Türkiyə futbolu üçün önəmli məqam - Yeni prezident seçildi
5 il müddətinə yenidən prezident seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər