Azərbaycan həndbolu Vyanada -Baş ofisdə görüş keçirildi
Bu gün Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada yerləşən baş ofisində görüş keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, 1-ci vitse-prezidenti Orxan Abbasov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi Avropa Həndbol Federasiyasının prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşdə bir sıra məsələləri müzakirə edib.
Söhbət Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əməkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, Avropa Həndbol Federasiyasında fəaliyyət göstərən komisiyalarda təmsilçilikdən gedir.
Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə olunacaq. Bugünkü görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Avropa Həndbol Federasiyasının prezidenti bizlərə təşəkkür etdi
Bakıda Avropa Çempionatı - Həndbol üzrə
"ABU Arena"nın adı dəyişdiriləcək
Azərbaycanda Avropa çempionatı keçiriləcək - Həndbol üzrə
Beynəlxalq dərəcəli referimiz İtaliyada keçiriləcək turnirə təyinat aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası