reklam
Daha bir ölkə dünya çempionatında -
Sportfm.az xəbər saytı

Daha bir ölkə dünya çempionatında -DÇ-2022


DÇ-2022-nin daha bir iştirakçısı bəlli olub.

Sportfm.az xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun 7-ci turunda İraq yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran yığması sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq. 

Daha əvvəl meydan sahibi Qətərdən başqa Almaniya, İngiltərə, Argentina, Belçika, Braziliya, Xorvatiya, Danimarka, İspaniya, Fransa, Niderland, İsveçrə və Serbiya dünya çempionatına vəsiqəni təmin edib. 

Qeyd edək ki, Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.

Oxşar xəbərlər

Bugün Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək - TƏQVİM
Dünya Çempionatına yollanacaq yığmalar - Siyahı
Rusiyaya yollanacaq 7-ci yığma məlum oldu
Dünya Çempionatında iştirak edəcək 6-cı ölkə məlum oldu
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər