reklam
Dünya Çempionatında iştirak edəcək 6-cı ölkə məlum oldu
Sportfm.az xəbər saytı

Dünya Çempionatında iştirak edəcək 6-cı ölkə məlum oldu


Futbol üzrə Belçika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib.

Sportfm.az xəbər verir ki, belçikalılar DÇ-2018-ə vəsiqəni seçmə mərhələsinin UEFA zonasında 8-ci turunun oyununda Yunanıstan üzərində 2:1 hesablı qələbədən sonra təmin ediblər.

Qələbə sayəsində Belçika millisi xallarının sayını 22-yə çatdıraraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
"H" qrupunda birinci yerdə qərarlaşan Belçika DÇ-2018-də iştirak edəcək altıncı ölkə olub. Belçikadan əlavə, mundialda iştirakı Braziliya, İran, Yaponiya, Meksika və "mundial"ın sahibi Rusiya təmin edib.
Qeyd edək ki, DÇ-2018 iyun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Bölgə təmsilçisi elitaya vəsiqəni təmin etdi
Daha bir ölkə dünya çempionatında - DÇ-2022
Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı məlum oldu
Rusiyaya yollanacaq 7-ci yığma məlum oldu
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər