Mahir Emreli "Başakşehir"də! -EKSKLÜZİV
Belə görünür ki, Polşanın "Legiya" klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.
Sportfm.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, hücumçu Super Liqa təmsilçisi "Başakşehir"lə anlaşıb. Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.
Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn "Başakşehir" rəhbərliyi "Legiya" ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.
Qeyd edək ki, hazırda "Başakşehir" Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Emre Belözoğlu "Başakşehir"dən ayrıldı - İstefa
Türkiyə klubu Emrelinin qiymətini qaldırdı, "Dinamo" geri çəkildi - Olay
Mahir Emreli məşqlərə başladı - EKSKLÜZİV VİDEO
"Legiya" təhlükə zonasında - Mahir Emreli də kömək etmir
"Legiya" Mahir Emreli ilə anlaşır - "Danışıqları sürətlə davam edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası