reklam
Türkiyə klubu Emrelinin qiymətini qaldırdı,
Sportfm.az xəbər saytı

Türkiyə klubu Emrelinin qiymətini qaldırdı, "Dinamo" geri çəkildi -Olay


Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.

Sportfm.az xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.

Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Oxşar xəbərlər

"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yaydı
Emreli "Legiya"nı məhkəməyə verdi - Müqavilənin xitamını istəyir
"Varşavada "Legiya" sevgisi çox böyükdür" - Mahir Emreli
"Dinamo" Mahiri istəyir - 800 min avroya
Mahir Emreli "Legiya" ilə müqaviləni pozur - Qalmaqal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər