reklam
Sportfm.az xəbər saytı

"Legiya" təhlükə zonasında -Mahir Emreli də kömək etmir


Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa çempionatında növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Varşava təmsilçisi XIII turda "Poqon"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli start heyətində çıxış edib və 61-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb. "Poqon" isə 25 xalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.

Oxşar xəbərlər

"Legiya"da nələr olur? - Mahir oynadı
Emreli oynadı, komandası evdə uduzdu - Uğursuzluq
Mahir qol vursa da, "Legiya" uduzdu - VİDEO
Emreli "Legiya"da növbəti qolunu vurdu - Polşa çempionatı
Mahir Emreli het-trik etdi - "Legiya"dakı ilk oyun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər