Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublararası Avropa Çempionatında daha 13 medal
Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa Çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən klubların idmançıları uğurlu çıxışlarını davam etdirir. Çempionatın ikinci günü isə iştirak edən gənc taekvondoçularımız da müxtəlif əyarlı daha 13 medala sahib olublar.
Çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən Fərid Sultan (-51 kq çəki dərəcəsində Lənkəran T.İ.M-nin yetirməsi), Orxan Tağızadə (+78 kq, Gilan İ.K-nun idmançısı) və Mehriban Məmmədova (-46 kq, 2 saylı Gömrükçü İ.K-nun xanım taekvondoçusu) rəqiblərinə şans vermyərək qızıl medala sahib olublar.
Digər 5 idmançımız, Xanoğlan Kərimov (-45 kq, 2 saylı Sumqayıt Gömrükçü İ.K.), Qasım Aslanov (-59 kq, Gilan İ.K.), Cavad Ağayev (-63 kq, Gilan İ.K.), Həsən İbrahimov (-73 kq, Gilan İ.K.), Mivari Qənbərli (-42 kq, Gilan İ.K.) finala kimi inamla irəliləsə də finalda rəqibləri keçilməz olub.
Mübarizəyə qoşulan daha 5 təmsilçimiz, Məhəmməd Əlizadə (-48 kq, Gilan İ.K.), Ayaz Qənbərli (-51 kq, Gilan İ.K.), Sevda Pirseyidova (-44 kq, Savalan T.K.), Nərgiz Mirzəyeva (-46 kq, Gilan İ.K.), Nərmin Süleymanova (-52 kq, Gilan İ.K.) yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, çempionatın ilk günü klublarımızın yeniyetmə idmançıları aktivlərinə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əlavə etmişlər.
Oxşar xəbərlər
Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu - Nəticələr
Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar
Tağızadə Hollandiyada fərqləndi
Hərçəqani və Abakarova qalib oldular
Gənc taekvondoçumuz mundialda daha bir medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası