"Rəqibləri analiz etmək lazımdır" -Azərbaycan millisinin baş məşqçisi
"Hələlik rəqiblərlə yaxından tanış olmamışam. Kağız üzərində hansısa komanda bizə heç bir məlumat vermir. Qrupumuzdakı yığmaları analiz etdikdən sonra konkret fikir bildirə bilərəm".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, rəqibləri ad baxımından dəyərləndirmək düzgün deyil: "Məsələn, ötən seçmə mərhələdə Lüksemburqun U-17 yığması birinci yeri tutub. Halbuki orada Belçika və Norveç yığmaları da var idi. Bu baxımdan ad elə də rol oynamır. Çünki yaş qrupları çox fərqlidir. Ona görə də rəqibləri analiz etmək, son oyunlarına baxmaq lazımdır".
Abdullayev seçmə mərhələdə qarşıya qoyulan hədəfi də açıqlayıb: "Əsas vəzifəmiz qrupdan çıxmaq olacaq. Amma obyektiv və subyektiv amillər var. Hər şey analizlə bağlıdır. Kimə qarşı necə oynayacağımıza baxacağıq. Nəticə verməyə çalışacağıq".
Ötən seçmə mərhələni U-19 yığmasının sükanı arxasında keçirmiş baş məşqçi yeni təyinatına da toxunub: "Harda işləməyimin heç bir fərqi yoxdur. Önəmli olan xeyir verməkdir. Hamısı bizim balalarımızdır. Bütün yaş qrupları üzrə yığmalarda işləmək mənim üçün şərəfdir. Hər bir milli komandada işləmiş insanam. Ona görə də bu, mənim üçün yeni bir şey deyil".
Qeyd edək ki, Azərbaycanın U-17 yığması seçmə mərhələdə Bosniya və Herseqovina, Ukrayna və Lixtenşteyn komandaları ilə 2-ci qrupda mübarizə aparacaq. (Report)
Oxşar xəbərlər
Yığmalarımızın rəqibləri bilindi - SİYAHI
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
"Milli bu qrupda sürpriz edə bilər" - Arif Əsədov
Azərbaycan millisinin rəqibləri bilindi - AÇ-2023
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası