reklam
Millilərimizin rəqibləri açıqlandı -
Sportfm.az xəbər saytı

Millilərimizin rəqibləri açıqlandı -Avropa çempionatı


Azərbaycanın qızlardan ibarət U-19 və millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Sportfm.az xəbər verir ki, yığmamız A Liqasında İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin matçları 14 - 21 sentyabrda və ya 19 - 26 oktyabrda oynanılacaq.

Həmçinin 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatını ilkin seçmə mərhələsinin də püşkü atılıb. Azərbaycan yığması B liqasında Albaniya və Monteneqroya qarşı yarışacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. Bu mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Yığmalarımızın rəqibləri bilindi - SİYAHI
Yığmalarımızın rəqibləri bilindi - Avropa çempionatı
Millimizin rəqibi müəyyənləşdi - Avropa çempionatı
Azərbaycan millisinin rəqibləri bilindi - AÇ-2023
Almaniya, Belçika və İsveç Azərbaycanın rəqibləri oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər