AFFA rəsmiləri milli üzvləri ilə görüşdü -FOTO
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, Milli Komandaların Məşq Mərkəzində təşkil olunan görüşdə AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Komandanın baş məşqçisi Elxan Abdullayev AFFA rəsmilərinə təşəkkür edib, seçmə mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. AFFA rəsmiləri görüşdən sonra milli komandanın Bakıda keçirilən son məşqini izləyiblər.
U-17 Avropa çempionatının seçmə mərhələsində oktyabrın 24-də Ukrayna, 27-də Bosniya və Herseqovina, 30-da isə Lixtenşteyn yığması ilə qarşılaşacaq.
Oxşar xəbərlər
AFFA prezidenti millinin üzvləri ilə görüşdü
AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
Rauf Əliyev milli komandanın üzvləri ilə görüşdü - FOTO
Qurban Qurbanov millinin üzvləri ilə görüşdü - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası