FIFA-nın VAR kurslarına qatılan referilərimiz məlum oldu -SİYAHI
FIFA-nın təşkil etdiyi VAR (video-köməkçi hakim) kurslarına qatılan Azərbaycan hakimlərinin adları bəlli olub.
AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilovun verdiyi məlumata görə, kurslarda Premyer Liqada idarəçilik edən bütün referilər və I Divizionun 3 ədalət təmsilçisi iştirak edirlər.
Həmin hakimlərdən Elçin Məsiyev, Əliyar Ağayev, Rauf Cabbarov, Kamal Umudlu, Rəşad Əhmədov, Rauf Allahverdiyev, İnqilab Məmmədov, Vüqar Həsənli, Ravan Həmzəzadə, Fərid Hacıyev Premyer Liqa, Nicat Ismayılli, Tural Qurbanov, Cavid Cəlilov I Divizionda oyunları idarə edirlər.
Cəlilov bildirib ki, dekabrın sonunda seminarın daha bir mərhələsi olacaq və ondan sonra hakimlərə sertifikat veriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VAR sistemindən 2022-ci ilin fevralından istifadə olunacağı gözlənilir.
Oxşar xəbərlər
1-ci turun hakimləri bilindi - Misli Premyer Liqası
FIFA referilərimiz autda qaldı
Premyer Liqamızda 12 mövsümün rekordu
AFFA yenilənmiş hakim siyahısını açıqladı
Premyer Liqada ən çox təyinat alan hakimlər - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku















Misli Premyer Liqası